Azedu.az

“Azərbaycanda heç zaman radiasiya problemi yaşanmayacaq” - Akademik

Maraqlı

Elmi institut və təşkilatlar

31 Yanvar 2019, 16:03
“Azərbaycanda heç zaman radiasiya problemi yaşanmayacaq” - Akademik
“Yaxın illərdə Azərbaycanda heç bir radiasiya təhlükəsinin müşahidə olunma ehtimalı yoxdur”.
 
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında akademik Adil Qəribov deyib.
 
O, ölkəmizdə gələcəkdə radiasiya təhlükəsinin, fonunun nə zamansa yüksəlmə ehtimalı olacaqmı?” sualını elmi əsaslarla cavablayıb:
 
“Xeyr. Bizdə elə bir ehtimal  yoxdur. Bizdə hər şey təbii faktorlardır. Allah bizə çox əlverişli bir coğrafi şərait bəxş edib. Ona görə də radiasiya fonunun dəyişilməyinin heç bir ehtimalı yoxdur. Güman edirəm ki, bu məsələ üzrə hansısa bir problem yaşamayacağıq. Çünki bunun üçün bir səbəb yoxdur. 
 
Yalnız   qonşu ölkələrin radioaktiv obyektlərində hansısa bir qəza baş verərsə, o zaman bizdə nəsə ola bilər. Amma şükür ki, Ermənistanın AES-i də bizdən uzaqdır. Orada qəza baş verərsə, yalnız bizim su sistemimizə təsir edə bilər. Rusiyanın da müvafiq qurumları bizdən çox uzaqdır. Ona görə də Azərbaycan radiasiya fonunda dəyişiklik ediləcək faktorlar gözlənilmir”.  
Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox