Azedu.az

Bu universitetlərdə qəbul 90 faiz DOLUB

Elm və təhsil

27 Avqust 2026, 12:15
Bu universitetlərdə qəbul 90 faiz DOLUB

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi avqustun 24-də 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

AzEdu.az xəbər verir ki, DİM ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatlar paylaşıb.

Belə ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası,  Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, “Azərbaycan” Universiteti,  Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri 100 %, bundan əlavə, 20 ali təhsil müəssisəsində 95%-dən, 5 ali təhsil müəssisəsində 90%-dən çox dolub. 

 

Rusiyadan şok etiraf - Putini altatdılar, əsgərlərimiz qırılır
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox