Azedu.az

Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək

Elm və təhsil

26 Avqust 2026, 17:32
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək

Huma Quşu” Təhsilə Yardım Fondu Qarabağ Universitetində təhsil alan tələbələr üçün ilk dəfə “Humayın Qarabağ təqaüdü” müsabiqəsinə start verib.

AzEdu.az xəbər verir ki, müsabiqənin məqsədi işğaldan azad edilmiş ərazilərin inkişafına və bu ərazilərdə təhsilin dəstəklənməsinə töhfə verməkdir.

Müsabiqənin nəticələrinə əsasən 5 qalib seçiləcək və onların hər birinə 1000 AZN məbləğində təqaüd təqdim olunacaq. Proqram yüksək akademik göstəricilərə malik, lakin maddi dəstəyə ehtiyacı olan tələbələrə yönəlib.

Təqaüd üçün Azərbaycan vətəndaşı olmaq, 16–35 yaş aralığında olmaq və yüksək akademik göstəricilərə sahib olmaq tələb olunur. Bundan əlavə, namizədin ailə üzvlərinin adambaşına düşən aylıq gəliri 600 manatdan az olmalıdır. Bu hal müvafiq maliyyə sənədləri ilə təsdiqlənməlidir.

Müraciət zamanı tələbələrdən ən son qiymət cədvəli, ailənin gəlirini təsdiq edən sənədlər, ailə tərkibi haqqında arayış və təhsil xərcləri ilə bağlı məlumat təqdim etmələri tələb olunur. Sənədlər təqdim edilmədikdə onlayn müraciət natamam hesab ediləcək.

Müsabiqəyə elektron müraciətlərin qəbulu 31 oktyabr 2026-cı ilədək davam edəcək. Seçim prosesində sənədlərin qiymətləndirilməsi və müsahibə mərhələsi nəzərdə tutulub. Qaliblərin noyabr ayının sonunda elan edilməsi planlaşdırılır.

Rusiya ordusu NATO obyektlərinə zərbələr endirdi
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox