Azedu.az

Emin Əmrullayevdən tələbə adını qazanan gənclərə TƏBRİK

Elm və təhsil

25 Avqust 2026, 17:38
Emin Əmrullayevdən tələbə adını qazanan gənclərə TƏBRİK

Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan gəncləri təbrik edib.

AzEdu.az xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Tələbə adını qazanan əziz gənclərimiz! Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq tələbə adını qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı tələbəlik illərinin hər biriniz üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə yadda qalmasını arzulayıram.

Yolunuz açıq, gələcəyiniz uğurlu olsun!”, - deyə Emin Əmrullayev paylaşımında bildirib.

Paşinyan yenə coşdu - Mafianı bitirdim!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox