Azedu.az

Qəbul imtahanında şübhəli nəticələr: 58 min abituriyent yenidən imtahan verəcək

İmtahanlar və qəbul məsələləri

22 Avqust 2026, 16:02
Qəbul imtahanında şübhəli nəticələr: 58 min abituriyent yenidən imtahan verəcək

Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milli Muxtar Universitetində (UNAM) qəbul imtahanı ilə bağlı böyük qalmaqal yaşanıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, universitet bu il ilk dəfə onlayn formatda keçirdiyi qəbul imtahanının nəticələrində qeyri-adi artım aşkarlayıb.

Nəticələrdə əvvəlki illərlə müqayisədə yüksək bal toplayan namizədlərin sayının kəskin artması imtahanda saxtakarlıq edilməsi ilə bağlı şübhələr yaradıb.

Bu il UNAM-ın bakalavr proqramlarına qəbul imtahanında 158 712 namizəd iştirak edib. İmtahan zamanı namizədlərin davranışlarını izləmək üçün kamera, mikrofon və süni intellekt əsaslı nəzarət sistemlərindən istifadə olunub. Lakin nəticələrin açıqlanmasından sonra sistemin mümkün saxtakarlıqları tam müəyyən edə bilmədiyi barədə suallar yaranıb.

Məsələn, əvvəlki illərdə 120 suallıq imtahanda 100-dən çox suala düzgün cavab verənlərin sayı daha aşağı olub. 2025-ci ildə tibb ixtisasına qəbul imtahanında bu göstərici 9 faiz olduğu halda, 2026-cı ildə 29,3 faizə yüksəlib. Hüquq ixtisasında isə 100-dən çox düzgün cavab verənlərin payı 3,7 faizdən 19 faizə çatıb.

Universitet nəticələri araşdırmaq üçün xüsusi komissiya yaradıb və qəbul prosesini dayandırıb. Nəticədə təxminən 58 min namizədin imtahanı yenidən, bu dəfə əyani formada verməsi qərara alınıb.

Qalmaqalın əsas səbəblərindən biri kimi süni intellektdən istifadə ehtimalı göstərilir. Namizədlərin imtahan zamanı ChatGPT və digər süni intellekt alətlərindən, eləcə də ikinci cihazlardan istifadə etməsi ilə bağlı iddialar araşdırılır. 

UNAM-ın qərarı isə bir sıra abituriyentlərin narazılığına səbəb olub. İmtahan nəticələrinin ədalətli olduğunu düşünən bəzi namizədlər yenidən imtahan verməkdən imtina edərək universitet qarşısında etiraz aksiyaları keçiriblər.

Hadisə süni intellektin təhsildə yaratdığı yeni problemləri də gündəmə gətirib. Xüsusilə onlayn imtahanlarda texnologiyanın köçürmənin qarşısını almaq üçün kifayət edib-etmədiyi və AI əsaslı nəzarət sistemlərinin etibarlılığı müzakirə olunur.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox