Azedu.az

Bu gün geomaqnit qasırğası gözlənilir

Maraqlı

17 Avqust 2026, 16:26
Bu gün geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

AzEdu.az rəsədxanadan bildirilən məlumata görə xəbər verir ki, Günəşin fəallığı zəifləsə də, qarşıdakı günlərdə kosmik hava şəraitində müəyyən dəyişikliklərin baş verəcəyi gözlənilir.

Hesabat dövründə ən güclü Günəş alışması 4506 ləkə regionunda qeydə alınan C8.2 sinifli alışma olub. Günəşin səthində 6 ləkə qrupunda ümumilikdə 83 ləkə və tac dəlikləri qeydə alınıb. Hazırda Günəş küləyinin sürəti 300 km/san, sıxlığı isə 6,18 p/sm³ təşkil edir.

Proqnoza əsasən, avqustun 17–18-də G1 səviyyəli zəif geomaqnit qasırğası baş verə bilər. Sonrakı günlərdə isə əsasən sakit kosmik hava şəraitinin müşahidə olunacağı gözlənilir. Avroraların müşahidə olunması ehtimalı yüksək geomaqnit enliklərdə 20–20 faiz, orta enliklərdə isə 15–1 faiz qiymətləndirilir.

Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü
Son xəbərlərDaha çox