Azedu.az

Azərbaycanda əkiz və üçəm doğulanların sayı açıqlandı

Maraqlı

17 Avqust 2026, 15:26
Azərbaycanda əkiz və üçəm doğulanların sayı açıqlandı

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub.

Bu barədə AzEdu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşmüşdür.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 420-si əkiz, 57-si isə üçəm olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.

Rusiyada soydaşlarımıza hücum - Yenə deportasiya başladı
Son xəbərlərDaha çox