Azedu.az

Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu 

Xarici təhsil

15 Avqust 2026, 16:12
Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu 

Bu il Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.

Onların arasında 7 nəfər ABŞ-ın məşhur Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olunub.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olunan gənclərdən biri Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Heydər Kərimlidir.

Belə ki, Heydər Kərimli dünya şöhrətli universitetdə maliyyə ixtisası üzrə magistratura təhsili alacaq.

Massaçusets Texnologiya İnstitutu (ingiliscə: Massachusetts Institute of Technology və ya qısaca MIT), ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində yerləşən, dünyanın ən nüfuzlu və aparıcı özəl tədqiqat universitetidir. 1861-ci ildə yaradılan bu ali təhsil ocağı, xüsusilə mühəndislik, kompüter elmləri, süni intellekt və təbiət elmləri sahəsində qlobal lider sayılır. Dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən olan QS World University Rankings 2027 hesabatına əsasən, MIT ardıcıl olaraq dünyanın 1 nömrəli universiteti seçilib.

Qeyd edək ki, Azər Kərimlinin böyük oğlu Fəxri Kərimli də ali təhsili ABŞ-da bitirib, Harvard Universitetinin məzunudr.

Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır
Son xəbərlərDaha çox