Azedu.az

Kənd məktəbləri üçün universitetlərə çağırış

Xarici təhsil

14 Avqust 2026, 11:56
Kənd məktəbləri üçün universitetlərə çağırış

Malayziyada ali təhsil müəssisələrinə kənd məktəblərini himayəyə götürmək və onların inkişafına dəstək olmaq çağırışı edilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd kənd və şəhər məktəbləri arasında təhsil imkanları fərqini azaltmaq və ucqar ərazilərdə təhsilin keyfiyyətini yüksəltməkdir.

Təklifə əsasən, ali təhsil müəssisələri kənd məktəbləri ilə əməkdaşlıq edərək onların inkişafına, şagirdlərin təhsil imkanlarının genişləndirilməsinə və resurs çatışmazlığının aradan qaldırılmasına dəstək göstərə bilərlər.

Məsələnin əsas məqsədi kənd ərazilərində yaşayan şagirdlərin şəhərlərdəki həmyaşıdları ilə daha bərabər təhsil imkanlarına sahib olmasını təmin etməkdir.

Rusiyada etirazlar başladı! Kreml təhqirə keçdi - Axmaqlar...
Son xəbərlərDaha çox