Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 23:04:00
Qəbələdə 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb

Qəbələ rayonunun Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

 

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, bundan əlavə, hazırda rayonun Qaradeyn kəndində tam orta məktəb üçün 80, Şəfili kəndində isə ibtidai məktəb üçün 20 şagird yerlik modul tipli binalar quraşdırılır. Hər iki məktəb binası tezliklə şagirdlərin istifadəsinə veriləcək.

 

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonun Seyidqışlaq, Cığatelli, Laza və Zərgərli kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.