Azedu.az

Ölkə üzrə daha bir 700 bal - Yüksək nəticə göstərən abituriyentləri TANIYAQ

Dövlət İmtahan Mərkəzi

28 İyul 2026, 17:24
Ölkə üzrə daha bir 700 bal - Yüksək nəticə göstərən abituriyentləri TANIYAQ

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

DİM-dən bildirilib ki, IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. 400 bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfər - Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı göstərib.

Qeyd edək ki, bu il I ixtisas qrupu üzrə Məcidli Burlaxatun Bəhruz qızı da 700 bal toplamışdı. 

 

Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?
Son xəbərlərDaha çox