2025-ci ildə keçirilən buraxılış imtahanları zamanı 9-cu sinif şagirdləri arasında oxuyub-yazmaqda ciddi çətinlik çəkən, hətta ümumiyyətlə oxuyub-yaza bilməyən şagirdlərin olduğu müəyyən edilib.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında dərc olunan elmi-statistik təhlildə yer alıb.
Belə ki. şagirdlər arasında yalnız tədris proqramını minimum səviyyədə mənimsəyə bilməyənlər deyil, həm də oxuyub-yazmaq bacarığı formalaşmayan şəxslər aşkar edilib. Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdləri arasında belə halların sayı 6 nəfər olub.
Rayonlar üzrə oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Bakı şəhərinin Suraxanı rayonunda qeydə alınıb. Hər bir ərazi üzrə belə şagirdlərin sayı 1 nəfər təşkil edib.