Azedu.az

Aktrisanın 42 il öncəyə aid tələbəlik fotosu heyranlıq doğurdu 

Maraqlı

27 Yanvar 2019, 14:15
Aktrisanın 42 il öncəyə aid tələbəlik fotosu heyranlıq doğurdu 

Xalq artisti Firəngiz  Mütəllimova 42 il əvvələ aid tələbəlik fotosunu paylaşıb. 

AzEdu.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabındakı fotosunun altından İncəsənət Universitetinin birinci kursunda oxuyarkən qeydini yazıb:

“1977 ci il. Dram və kino aktyorluğunun birinci kurs tələbəsi”.

İzləyicilər şərhlərində aktrisanın çox gözəl və məsum göründüyünü bildiriblər.

Qeyd edək ki, Firəngiz Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları verilib. ADMİU-nun dosentidir.

Aktrisa “Səni axtarıram” adlı teletamaşada oynadığı Gülnar obrazı ilə şöhrət tapıb.(oxu.az)

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox