Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 11:10:00
Son tədris ilində Türkiyə universitetlərində  bu qədər soydaşımız oxuyub – Suriyadan sonra ikinci 

 

Türkiyə universitetlərində 2017-18 dərs ilində 125 min 138 xarici tələbə təhsil alıb.

AzEdu.az Yüksek Öğretim Kurumuna (YÖK) istinadən xəbər verir ki, qardaş ölkədə ən çox Suriyadan olan xarici vətəndaşlar oxuyur.  Əksəriyyətini mühacirlərin təşkil etdiyi suriyalı tələbələrin sayı 20.701-dir. Bu rəqəm ötən tədris ilində Türkiyədə oxuyan əcnəbi tələbələrin 16,54 faizini təşkil edir.

Siyahının ikinci pilləsində isə ölkəmiz yer alır. 2017-18-ci ildə qardaş Türkiyədə 17.088 soydaşımız ali təhsil alıb. Bu da ümumi göstəricinin 13,66%-I deməkdir.

Sıralamadakı ilk üçlüyü isə Türkmənistan qapayır. Türkdilli ölkənin  12.247 gənci dost  qandaş Türkiyədə oxumaqdadır. Bu da ümumi göstəricinin 9,79%- deməkdir.

Vətəndaşları Türkiyədə daha çox oxuyan digər dövlət isə aşağıdakılardı:

İran: 6.418 (5,13%)
Əfqanıstan: 5.826 (4,66%)
İraq: 5.187 (4,15%)
Almaniya: 4.012 (3,217%)