Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 17:27:20
Akademiya ipəkqurdunun yeni yaradılmış iki cins və hibridini təqdim etdi  

Yanvarın 25-də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı da dinlənilib.

Natiq "Azərbaycan Respublikası İqtisadiyyatının əsas sektorları üzrə Strateji Yol Xəritələri"ndəki tapşırıqların icrası üzrə AMEA-nın "Tədbirlər Planı"na uyğun olaraq "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"na dair yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması istiqamətində tədqiqatlar davam etdirilib.

Y.Şükürlü tut ipəkqurdunun yeni yaradılmış, məhsuldar 2 cins və 2 hibridinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edildiyini diqqətə çatdırıb.