Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 14:17:00
Təhsildən imtina edən bakalavrlar hansı halda yenidən ödənişsiz təhsil ala bilərlər? – Rəsmi cavab

Təhsildən imtana edən bakalavrlar hansı halda yenidən ödənişsiz təhsil ala bilərlər? – Rəsmi cavab

Ötən tədris illərində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul üçün keçirilən imtahanlarda dövlət sifarişli ixtisaslara qəbul olunub, lakin imtina edən şəxslər bu il yenidən ödənişsiz əsaslarla təhsil ala bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli məlumat verib.

Məlumatda qeyd olunub ki, ötən tədris illərində magistraturaya qəbul imtahanlarında iştirak edib, istər ödənişli əsaslarla, istərsə də dövıət sifarişli ixtisaslara qəbul olunub, lakin imtina edən şəxslər cari ildə də ödənişsiz əsaslarla təhsil ala bilərlər. Çünki belə olan halda, tələbə maliyyə vəsaitindən istifadə etmir və istədiyi vaxt həmin vəsaitdən ümumi keçid balını topladığı halda yararlana bilər.

Sektor müdirinin sözlərinə görə, bakalavriatura və ya magistratura üzrə birinci dəfə ödənişli təhsil alan şəxslər, ikinci dəfə eyni səviyyə üzrə ödənişsiz təhsil ala bilərlər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2019-cu il 1 - 11 fevral tarixlərini əhatə edəcək. İmtahanın birinci mərhələsi fevralı 24-də, ikinci – ixtisas imtahanı isə mayın 26-da keçiriləcək.