Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 14:50:00
Dövlət qulluğuna imtahan verənlərin nəzərinə - Gözlədiyiniz jurnal çap olundu

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 1-ci nömrəsini çap etdirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, bu nömrədə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (03.01.2019-cu il tarixə)", “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə aid statistik təhlil (03.01.2019-cu il tarixə)”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (01.10.2018 – 03.01.2019)” və digər zəruri məlumatlar dərc edilib.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: