Bu il ilk dəfə olaraq Fiziki tərbiyə, Təsviri incəsənət, Tarix, Musiqi, Texnologiya fənnlərindən sertifiksiya imatahnı keçirirləcək.
İmtahana sayılı günlər qaldığını nəzərə alaraq müəllimlərin imatahana necə hazırlaşdığı ilə bağlı yaxından tanışıq oldu.
AzEdu.az-a imtahana hazırlığı ilə bağlı açıqlama verən Bakı şəhəri 242 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi, Asəf Mehdiyev açıqlama verib.
Asəf müəllim həm də “Fiziki tərbiyə fənninin tədrisi metodikası”, “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi, eləcə də fiziki tərbiyə fənni üzrə təlimçi müəllim kimi fəaliyyət göstərir.
O, qeyd edib ki, mövzular üzərində fikir mübadiləsi aparmaq, qaydaları birlikdə təhlil etmək və müxtəlif yanaşmaları paylaşmaq hazırlıq prosesində çox faydalı olur:
"Sertifikasiya imtahanına hazırlıqla bağlı onu deyə bilərəm ki, müəllim öz ixtisasını yaxşı bilirsə, imtahanda uğur qazanmaq üçün bu artıq böyük üstünlükdür. Ötən illərin MİQ imtahanlarına nəzər saldıqda da görürük ki, sualların böyük əksəriyyəti fiziki tərbiyə üzrə metodik vəsaitlərdən və həmin vəsaitlərlə əlaqəli dərsliklərdən təqdim olunur.
Bununla yanaşı, bəzi mövzular var ki, metodik vəsait mövzunu tam mənimsəmək üçün kifayət etmir. Belə hallarda əlavə rəsmi ədəbiyyatlardan və müxtəlif mənbələrdən istifadə etməyə çalışıram.
Hazırlıq prosesində əsas diqqət etdiyim məqamlar metodik vəsaitləri mütəmadi təkrarlamaq, idman oyun növlərinin qaydalarını yerli idman federasiyalarının rəsmi qaydalar bölmələri əsasında öyrənmək və həmkarlarla mövzular ətrafında fikir mübadiləsi aparmaqdır. Düşünürəm ki, bu yanaşma imtahanda uğur qazanmaq üçün kifayət qədər effektivdir".
Bilik və bacarıqlarımın səviyyəsi kifayət qədər yüksəkdir və bu da məndə imtahanda uğur qazanacağıma dair böyük inam yaradır:
"Əlavə dəstəklə bağlı onu deyə bilərəm ki, səmimi desəm, bizim üçün ən böyük dəstək həmkarlarımızla ixtisasımız ətrafında apardığımız geniş müzakirələrdir. Mövzular üzərində fikir mübadiləsi aparmaq, qaydaları birlikdə təhlil etmək və müxtəlif yanaşmaları paylaşmaq hazırlıq prosesində çox faydalı olur.
Sual səviyyəsinə gəlincə isə qeyd etmək istəyirəm ki, Təhsil İnstitutu tərəfindən müəllimlərə dəstək məqsədilə “Microsoft Teams” platforması üzərindən 03.06.2026-cı il tarixində sınaq imtahanı təşkil olundu. Həmin sınaq imtahanında təqdim olunan suallar mənə bir müəllim olaraq belə düşünməyə əsas verir ki, sertifikasiya imtahanında da sualların ümumi səviyyəsi və məntiqi təxminən qorunub saxlanılacaq. Ən azından buna ümid edirəm.
Səmimi desəm, bu suala konkret rəqəmlə cavab verməkdə bir qədər çətinlik çəkirəm. Amma düşünürəm ki, bilik və bacarıqlarımın səviyyəsi kifayət qədər yüksəkdir və bu da məndə imtahanda uğur qazanacağıma dair böyük inam yaradır.
Eyni zamanda, Təhsil İnstitutu tərəfindən təşkil olunan sınaq imtahanında 58 bal toplamağım mənə əlavə motivasiya verdi. Bu nəticə hazırlıq prosesində doğru istiqamətdə olduğumu göstərdi və özümə olan inamımı daha da artırdı".