Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-23 12:58:00
İctimai Şuranın üzvləri ali məktəbdə imtahanların gedişini izləyib - FOTO

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

AzEdu.az xəbər verir ki, imtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə yaradılan ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri- şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, bu gün universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.

İctima şuranın üzvləri məramlarına uyğun olaraq imtahan keçirilən auditoriyalara baş çəkərək  imtahan prosesinin  gedişi ilə əyani  tanış olublar.

Şura üzvlərinə  imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb,  mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb, Operativ Qərargahın işi barədə  ətraflı məlumat verilib.

LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan  əsaslı yenidənqurma işləri , imtahanların gedişi,  imtahan vermiş  tələbələrlə söhbətdən sonra  şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını  əminliklə bildiriblər.

Qeyd edək ki, İctimai şuranın üzvləri ilə yanaşı,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  müəllimi , fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Qulaməli Balaşov da    imtahan sessiyasının gedişini  izləyib. Azərbaycan Dövlət  Pedaqoji Universiteti  ilə LDU  arasında  2016-cı ildə imzalanmış müqavilənin  şərtlərinə uyğun olaraq,  Lənkəran Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi”,”ibtidai sinif müəllimliyi” ixtisasları üzrə keçirilən aralıq və yekun atesstasiyalarda (imtahanlarda)  ADPU-nun professor-müəllim heyətinin iştirakı LDU tərəfindən təmin edilir.