Azedu.az

Yüzlərlə müəllim saxta yolla işə qəbul olunub

Müəllimlər və elm adamları

30 May 2026, 17:45
Yüzlərlə müəllim saxta yolla işə qəbul olunub

ABŞ-nin Texas ştatında yüzlərlə müəllimin saxta yolla sertifikat əldə etməsi ilə bağlı genişmiqyaslı qalmaqal yenidən gündəmə gəlib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, prokurorluğun iki ilə yaxındır davam edən istintaqı çərçivəsində dörd nəfərə qarşı yeni ittihamlar irəli sürüb, bir nəfər barəsində isə cinayət işi bağlanıb.

İstintaq materiallarına görə, sxemin təşkilatçıları müəllim olmaq istəyən şəxslərdən pul alaraq onların əvəzinə sertifikat imtahanlarını başqa şəxslərə verdiriblər. Prokurorlar hesab edir ki, bu üsulla 200-dən çox, bəzi qiymətləndirmələrə görə isə 400-ə yaxın şəxs qanunsuz şəkildə müəllim sertifikatı əldə edib.

Namizədlər təxminən 2 500 dollar ödəyərək sxemə qoşulur, imtahan mərkəzində qeydiyyatdan keçdikdən sonra isə onların yerinə başqa bir şəxs imtahanı verib. Bu yolla əldə olunan sertifikatlar müəllimlərin işə qəbul olunmasına, vəzifədə qalmasına və daha yüksək maaş almasına imkan yaradıb.

İş üzrə əvvəl ittiham olunan keçmiş direktor müavini LaShonda Robertsbarəsində isə sübutların kifayət etmədiyi əsas gətirilərək ittihamlar geri götürülüb.

Qalmaqal Texas təhsil sistemində ciddi narahatlıq yaradıb. Texas Təhsil Agentliyi artıq yüzlərlə müəllimin sertifikatını araşdırır. Müxtəlif məktəb rayonlarında çalışan onlarla müəllim haqqında əlavə yoxlamalar başlanıb və bəzi sertifikatların ləğvi gündəmdədir.

Mütəxəssislər hesab edirlər ki, hadisə ABŞ-də müəllimlərin sertifikatlaşdırılması sisteminin etibarlılığına ciddi zərbə vurub və gələcəkdə imtahan təhlükəsizliyi qaydalarının sərtləşdirilməsinə səbəb ola bilər.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox