Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 05:35:58
Məşhur professor: "Buna görə də orada insanlar 90-95 yaşına qədər yaşayır"

Türkiyəli professor Canan Karatay çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu bildirib.

AzEDU xəbər verir ki, Daxili xəstəliklər üzrə həkim, kardioloq Rəcəb Tayyib Ərdoğan Universiteti tələbələrinin iştirak etdiyi "Özünə yaxşı bax" verilişinin qonağı olub.

Canan Karatay yaz və yay aylarında sağlam qidalanma ilə bağlı tövsiyələri verib:

"Qara Dəniz insanı bol-bol avropa ançousu (hamsi balığı) yeyir, amma qızardır. Qızartmayın dedikdə hirslənirlər, qeyd etməliyəm ki, bu balığı qızardanda sağlamlıq üçün təhlükəli olur. Qızartma kanserogen və təhlükədir. Hamsinin hər növünü yeyə bilərsiniz. Kərə yağını səhər-axşam yemək olar. Səhər-axşam əridib için. Fındıq, çay çox faydalı qidalardır. Yaz və yay aylarında fındıq yeyib, şəkərsiz tez-tez çay için. Fındıqla fıstıq təbiətin həm mineralı, həm vitamini, həm karbohidratı, həm omeqa3 anbarıdır, həm də qan yaradır və orqanizmi isidir.

Şəkərsiz çay isə bədəni gümrah saxlayır. Çünki tərkibi ən güclü antioksidantla zəngindir. Odur ki, çay içmək orqanizm üçün faydalıdır".

Quyruq yağını əridib içənlər 95 yaşına qədər yaşayır!

1522645657_638051.jpg