Geomaqnit sahəsinin fəallığının 16 mayda M1.9 sinifli alışmaya bağlı olan tac kütlə atılmalarının (TKA) Yerə çatması nəticəsində 18-19 mayda əsasən (zəif-orta) G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.
AzEdu.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 20 mayda isə mənfi qütblü tac dəliyi axınlarını təsiri də əlavə olunacaq və qasırğanın davam etməsi ehtimalı var.
Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir.