Dövlət İmtahan Mərkəzi (DİM) texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyaları
- Mərkəzin kağız daşıyıcılarda keçirdiyi bütün imtahanlar üçün sual kitabçaları və cavab vərəqlərinin avtomatlaşdırılmış rejimdə çapının və komplektasiyasının təşkilində iştirak;
- Texnoloji çap xətlərinin idarə edilməsi, proqram və şəbəkə problemlərinin aradan qaldırılması;
- PLC (Programmable Logic Controllers) / PAC (Programmable Automation Controllers) arxitekturası və proqramlaşdırması;
- Elektrik sxemlərini oxuyub anlamaq;
- Sensorlar, relelər və s. ilə işləmək;
- Qapalı rejimli mühitdə (bunker şəraitində) fiziki iştirak tələb edən tapşırıqların dəqiq icrasını təmin etmək;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil: Mexanika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ali təhsil;
- İş stajı: Vəzifənin qulluq funksiyalarına əsasən ən azı 2 il iş stajı;
- Xüsusi tələblər: PLC (Programmable Logic Controllers) / PAC (Programmable Automation Controllers) arxitekturası və proqramlaşdırılması, TCP/IP üzrə biliklər, C++ dilini bilmək əlavə üstünlükdür;
- Xarici dil bilikləri: İngilis dili-B1.
Müraciət qaydası
Namizədlər 25 may 2026-cı il tarixinədək //portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “böyük məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.