Azedu.az

Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikatınız necə veriləcək?

Sertifikasiya

Təhsil hüququ və qanunvericilik

13 May 2026, 14:13
Sertifikasiyadan keçən müəllimlərə VACİB XƏBƏR - sertifikatınız necə veriləcək?

Müəllimlər sertifikatlaşdırma prosesindən uğurla keçdikdən sonra sertifikatlaşdırılmış hesab olunur və onlara Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq sertifikat təqdim edilir.

Xüsusilə bu il ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaq müəllimləri maraqlandıran əsas məqamlardan biri də sertifikatın necə təqdim olunacağı, hansı məlumatları əhatə edəcəyi və etibarlılıq müddətinin necə müəyyənləşdirilməsidir.

AzEdu.az-ın “Müəllimlərin sertifikatlaşdırılması Qaydası”na istinadən verdiyi xəbərə görə, sertifikat müəllimlərə elektron sənəd formasında təqdim olunur.

Sertifikat “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə hazırlanır və müəllimin “Şəxsi kabinet”ində yerləşdirilir.

Qaydalara görə, sertifikat elektron imza ilə təsdiqlənir və onun doğruluğu “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun şəkildə yoxlanıla bilir.

Qaydalara görə, sertifikatda müəllimlə bağlı bir sıra məlumatlar əks olunur. Bunlara sertifikatın nömrəsiverildiyi tarix, müəllimin sertifikatlaşdırmada iştirak etdiyi tarix, sertifikatın etibarlılıq müddəti, soyadı, adı, atasının adı, doğum tarixi FİN kodu daxildir.

Eyni zamanda müəllimin çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənn, sertifikatlaşdırmada iştirak etdiyi dil, testmüsahibə mərhələsində topladığı bal da sertifikatda qeyd olunur.

Elektron sertifikatın kağız daşıyıcıda olan surəti isə notarial qaydada təsdiq edilə bilər.

Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.

Eyni zamanda sənəddə qeyd edilir ki, sertifikat müəllimə dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verir. 

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox