Azedu.az

Həmin müəllimlər sertifikasiyada iştirak etməyəcəklər - RƏSMİ

Sertifikasiya

Təhsil qanunvericiliyi

8 May 2026, 14:56
Həmin müəllimlər sertifikasiyada iştirak etməyəcəklər - RƏSMİ

17-25 iyun tarixlərində keçiriləcək sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyəmusiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.

Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar.

Bəs keçiriləcək sertifikasiyada yuxarıda adı çəkilən fənn müəllimlərindən kimlər iştirak edə bilməyəcək? İştirak etməyən müəllimləri nə gözləyir?

AzEdu.az “Təhsil haqqında” Qanuna istinadən xəbər verir ki, təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən, ali və orta ixtisas təhsilinə malik müəllimlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə hər 5 ildən bir ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər:

- hamilə qadınlar;

- uşağı 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra 1 ildən az müddətdə işləyən qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

- ilk dəfə işə qəbul olunan müəllimlər (3 il müddətində);

- azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Qeyd edək ki, 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikasiyada iştirakı könüllüdür və onlar bu prosesdə iştirak edib-etməmək barədə özləri qərar verə bilərlər.

İlk dəfə iştirak etdiyi sertifikasiya prosesində uğur qazana bilməyən və ya üzrlü səbəbdən iştirak etməyən müəllimlər təkrar sertifikasiyaya cəlb olunurlar. Təkrar sertifikatlaşdırmada müəyyən edilmiş keçid balını toplaya bilməyən müəllimlər isə sertifikasiyadan keçməmiş hesab olunurlar. Və həmin müəllimlərin əmək müqaviləsinə yeni tədris ili başlamazdan əvvəl xitam verilə bilər.

Qeyd edək ki, bütün fənlər üzrə sertifikasiyanın test imtahanı mərhələsində keçid balı mümkün 60 baldan 30, müsahibə mərhələsində isə mümkün 40 baldan 20 baldır.
Ukrayna dağıdıcı silahları işə saldı - Rusiya əraziləri BOMBALANIR!
Son xəbərlərDaha çox