Azedu.az

Sertifikasiyada müəllimlər bu sualları cavablandıra BİLMƏZ

Sertifikasiya

Təhsil hüququ və qanunvericilik

18 May 2026, 10:11
Sertifikasiyada müəllimlər bu sualları cavablandıra BİLMƏZ

Sertifikasiyanın test imtahanı mərhələsi 17-19 və 23-25 iyun 2026-cı il tarixlərində keçiriləcək.

Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

İmtahanların fənlər üzrə keçirilmə qrafiki belədir:

v17 iyun: Azərbaycan dili, Rus dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Fransız dili, Alman dili.

18 iyun: Təsviri incəsənət (yeni),  Musiqi (yeni), Fizika, Kimya, Biologiya

19 iyun: Fizika, Kimya, Biologiya, Fransız dili,  Alman dili,  Azərbaycan dili,  Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı.

23 iyun: Riyaziyyat, Coğrafiya, İnformatika, İngilis dili, İbtidai sinif.

24 iyun: Tarix (yeni), Riyaziyyat, Coğrafiya, İnformatika.

25 iyun: Fiziki tərbiyə (yeni), İngilis dili, Texnologiya (yeni), İbtidai sinif.

AzEdu.az-ın məlumatına görə, sertifikatlaşdırma qaydalarına əsasən, müəllimlərdən aşağıdakı istiqamətlər üzrə sualların soruşulması yolverilməzdir:

- Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi;

- Sertifikatlaşdırma zamanı şəxslərin siyasi baxışlarına görə qiymətləndirilməsi;

- Sertifikatlaşdırma prosesində şəxslərin dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Moskvada ard-arda PARTLAYIŞLAR - Ukraynadan dağıdıcı hücum
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox