Azedu.az

Azərbaycan komandası Türkiyədə robot yarışmasında uğur qazandı

Şagirdlər

12 May 2026, 13:26
Azərbaycan komandası Türkiyədə robot yarışmasında uğur qazandı

6-8 may 2026-cı il tarixlərində Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Bərdə STEAM Mərkəzində hazırlıq keçən “Kraken” komandası Türkiyədə keçirilən 18-ci Beynəlxalq MEB Robot Yarışmasında uğurlu nəticə əldə edib.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, komanda yarışın “Su Altı Gəmi” kateqoriyası üzrə final mərhələsində iştirak edən 37 komanda arasında 7-ci yerə layiq görülüb. “Kraken” komandasının heyətində yer alan iştirakçılardan 2 nəfəri Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbəsidir.

Qazanılan nəticə gənclərin innovasiya, robototexnika və STEAM sahələrinə marağının artırılması, eləcə də peşə təhsilində müasir texnologiyaların tətbiqinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

ŞOK GÖRÜNTÜLƏR! Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox