Alimlər kainatın indiyədək yaradılmış ən böyük simulyasiyalarından birini hazırlayıblar.
AzEdu.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeni kosmoloji model milyardlarla qalaktikanın inkişaf prosesini əhatə edir və kainatın genişmiqyaslı quruluşunu daha dərindən araşdırmağa imkan yaradır.
Simulyasiya sayəsində qaranlıq maddə və qaranlıq enerjinin kainatdakı rolu daha dəqiq şəkildə öyrənilir. Mütəxəssislərin fikrincə, bu cür modellər kosmosun necə formalaşdığını və zamanla necə dəyişdiyini anlamaqda mühüm rol oynayır.
Qeyd edək ki, bu layihə elmi ictimaiyyət tərəfindən kainatın strukturunu izah edən ən genişmiqyaslı tədqiqatlardan biri kimi qiymətləndirilir.