Azedu.az

Kainatda həyat təsadüf deyil? - Fiziklərdən yeni araşdırma

Maraqlı

11 May 2026, 09:54
Kainatda həyat təsadüf deyil? - Fiziklərdən yeni araşdırma

London Kraliça Mariya Universitetinin fizikləri hesab edirlər ki, kainatda həyat yalnız fundamental fiziki sabitlərin son dərəcə dəqiq uyğunluğu sayəsində mümkündür.

AzEdu.az xəbər verir ki, araşdırma "Science Advances" jurnalında dərc olunub.

Alimlər mayelərin axıcılıq səviyyəsini müəyyən edən özlülük xüsusiyyətini araşdırıblar. Onların fikrincə, məhz bu xüsusiyyət hüceyrələr daxilində maddələrin hərəkəti, qida daşınması və zülalların fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır.

Tədqiqat göstərib ki, mayelərin normal axıcılığı Plank sabiti və elektronun yükü kimi fundamental fiziki sabitlərlə birbaşa bağlıdır. Bu göstəricilər cüzi dəyişsəydi, su və hüceyrədaxili mayelər ya həddindən artıq qatı, ya da həddindən artıq axıcı ola bilərdi.

Fizik Kostya Traçenkonun sözlərinə görə, əgər su qatran kimi özlü olsaydı, həyat indiki formada mövcud olmazdı.

Araşdırma müəllifləri qeyd edirlər ki, ulduzlar və qalaktikalar fərqli fiziki parametrlərlə mövcud ola bilsə də, hüceyrələrdəki maye balansı pozulduğu üçün həyat mümkün olmazdı.

ŞOK TƏXRİBAT! Köçəryan sərhədimizə gəldi - Artsax bayrağı qaldırıldı
Son xəbərlərDaha çox