Azedu.az

Dərs zamanı infarkt keçirən müəllimi tələbələr xilas edib

Müəllimlər və elm adamları

6 May 2026, 11:41
Dərs zamanı infarkt keçirən müəllimi tələbələr xilas edib

ABŞ-nin Viskonsin ştatında yerləşən texniki kollecində 25 ildir təcili tibbi yardım texniki (EMT) müəllimi kimi çalışan 72 yaşlı Karl Arps dərs zamanı infarkt keçirib.

 AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, müəllim dərsdə ürək tutması əlamətlərini izah etdiyi vaxt qəfil yerə yıxılıb. 

Tələbələr əvvəlcə vəziyyətin təlim ssenarisi olduğunu zənn ediblər. Lakin digər müəllim müdaxilə etdikdən sonra hadisənin real olduğu aydınlaşıb.

Altı tələbə dərhal hərəkətə keçərək təcili yardım gələnədək növbəli şəkildə ürək masajı aparıb və defibrilyatordan istifadə edib. Onların sürətli və düzgün müdaxiləsi sayəsində Karl Arps həyata qaytarılıb.

Sağaldıqdan sonra o, təhsil müəssisəsinə gedərək tələbələrə təşəkkür edib və onlara “həyat xilaskarı” nişanları təqdim olunub.

Mütəxəssislərin bildirdiyinə görə, xəstəxanadan kənarda baş verən ürək dayanması hallarında sağ qalma ehtimalı 10 faizdən aşağıdır, lakin vaxtında aparılan ürək masajı və defibrilyator istifadəsi bu göstəricini əhəmiyyətli dərəcədə artırır.

Şiddətli döyüşlər başladı - Rusiyaya dağıdıcı zərbələr endirilir
Son xəbərlərDaha çox