"Direktorların işə qəbulunda əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir".
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı qeyd edib.
“Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır.
Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək".