Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-01 07:12:41
Sınaq imtahanları abituriyentlər üçün nə qədər əhəmiyyətlidir? - Ekspertdən açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ilk sınaq imtahanı keçirir.

İmtahanda iştirak üçün 23579 nəfər qeydiyyatdan keçib. Sınaqda iştirak edən abituriyentlərin qəbul imtahanında göstərdiyi nəticələr sınağa getməyənlərin nəticələrindən necə fərqlənir?

Mövzu ilə bağlı AzEDU-ya açıqlama verən təhsil eksperti Cahid İsmayıloğlu bildirib ki, sınaq imtahanlarının əsas əhəmiyyəti abituriyentləri psixoloji cəhətdən imtahana hazırlamasıdır:

“Sınaqda iştirak edən abituriyentlər imtahan vaxtı özlərini itirmirlər, testləri cavablandırarkən tələsmirlər və müəyyən metodlardan rahat istifadə edirlər. Sınaq bu vərdişləri inkişaf etdirir”.

29855822_2074635599481027_311222414_n.jpg

Ekspert deyir ki, bal göstəricisinə görə konkret bir fərq demək mümkün deyil:

“Bəzən imtahan zamanı özünü itirib sıfır bal toplayan abituriyentlər olur. Onların bir çoxu texniki səbəbdən bu nəticə ilə qarşılaşırlar. Həyəcandan cavabları səhv qeyd edənlər,  bir sualın üzərində artıq vaxt sərf edənlər, vaxtı doğru bölüşdürməyənlərə də rast gəlirik”.

Onun sözlərinə görə, ümumiyyətlə, test ilə imtahan verən abituriyent testi tanımalı, testə yad olmamalıdır. Çünki testin bir çox metod, tip və xüsusiyyətləri var.

Əsmər Qabil