Azedu.az

Bakıda şagirdə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb

Məktəblər

22 Aprel 2026, 13:05
Bakıda şagirdə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açılıb

Bakıda orta məktəbin IX sinif şagirdinin xəsarət alması faktı ilə bağlı cinayət işi açılıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

TƏBİB-dən verilən məlumata görə, aprelin 20-də yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Rusiya ŞOK HÜCUM - Əhali təxliyyə olunur, dağıntılar var
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox