Azedu.az

Məktəbdə baş verən yanğında xəsarət alan olmayıb- YENİLƏNİB

Məktəblər

22 Aprel 2026, 10:20
Məktəbdə baş verən yanğında xəsarət alan olmayıb- YENİLƏNİB

Aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib. 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

 

09:11

Bakıda internat məktəbinin yataqxanasında yanğın olub.

Bu barədə AzEdu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5kv.m. sahədə deformasiya edib.

Yataqxana binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox