Azedu.az

Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib

Orta təhsil

17 Aprel 2026, 17:07
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən orta məktəblərdən birində bir şəxs müəllimə bıçaqla hücum etməyə cəhd edib.

AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfa Valiliyinin məlumatına görə, sosial şəbəkələrdə və bəzi media orqanlarında müəllimin hücuma məruz qalaraq yaralandığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunub ki, hadisə bu gün saat 12:40 radələrində Siverekdə yerləşən Dumlupınar məktəbində baş verib. Özünü şagird valideyni kimi təqdim edən və şübhəli hərəkətlər sərgiləyən şəxs məktəbdə xidmət aparan polis əməkdaşı tərəfindən zərərsizləşdirilib.

Rəsmi məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox