Azedu.az

Məktəbə silahlı hücumda 4 nəfər həyatını itirdi - YENİLƏNİB

Məktəblər

15 Aprel 2026, 16:20
Məktəbə silahlı hücumda 4 nəfər həyatını itirdi - YENİLƏNİB

Türkiyənin Kahramanmaraş vilayətində məktəbə silahlı hücumda ölənlərin sayı 4-ə çatıb. 

Hücumu törədən şəxsin 8-ci sinif şagirdi olduğu və 5-ci siniflərin iki otağına girərək hücumu həyata keçirdiyi bildirilib.

AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücumçunun yaranan xaos zamanı özünə atəş açaraq həyatına son qoyduğu, atasının isə keçmiş polis əməkdaşı olduğu öyrənilib.

Hadisə zamanı 1-i müəllim, 3-ü şagird olmaqla 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb

15:07

Türkiyədə məktəbə silahlı hücum olub.

AzEdu.az NTV-yə istinadən xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib.

Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox