Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 17:11:28
“Müəllimlərin 90 %-i universitetdə oxuya bilməyən, aşağı qiymət alanlardı” – İqbal Ağazadə   

“Təhsil  sistemində  köklü dəyişikliklər olmalıdır. Dövlət hesabına təhsil alan tələbələrin, eləcə də universitetlərin təmərküzləşməsi prosesi həyata keçirilməlidir. “Təhsil haqqında”  Qanuna dəyişikliklər edilərək, ciddi addımlar atılmalıdır”. 

Bunu AzEdu.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə elm və təhsil sahəsindəki çatışmazlıqlar, görüləsi işlər barəsində danışarkən  bildirib. 

Onun sözlərinə görə, ali təhsil sistemimizdə ilk növbədə ödənişli təhsil ləğv olunmalıdır: 

“İlk  növbədə, dövlət  təhsil müəssisələrində ödənişli təhsil ləğv olunmalıdır. Tələbə yalnız imtahanda lazımı balı toplayıb, oxuduğu kursu keçə bilmədikdə, həmin kursu yenidən oxumaq üçün universitetə pul verməlidir. Digər hallarda yarı ödənişli, yarı ödənişsiz qarışıq sistem aradan qaldırılmalıdır. Beləliklə ödənişli təhsil və savadsız kadrların diplom alma halları aradan qalxacaq”. 

Sabiq deputat təhsilimizdəki problemin digər səbəbini, orta məktəbdəki müəllim kadrlarında görür və fikrini bu cür əsaslandırır:

Təəssüf ki, hazırda orta məktəbdə dərs deyən müəllimlərin 90%-i,  axırıncı iş yeri kimi ora üz tutan, universitet dövründə oxuya bilməyib, aşağı qiymətlər alan şəxslərdən ibarətdir. Bu özünü müəllimlərin işə qəbul imtahanında da göstərdi. Belə düşünürəm ki, imtahan nəticələri bir faciə idi ki, həmin faciənin kökü ali məktəblərdə qoyulur. Bu səbəbdən,  ali məktəblərdə belə problemlərin yaranmaması üçün tədbirlər görünməlidir”.

Rəna Nəbi