Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 13:16:00
Dövlət qulluğu üçün müsahibələrə yekun vuruldu

01 noyabr 2018-ci il tarixdə verilmiş elan üzrə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələr başa çatıb.

AzEdu.az xəbər verir ki, elanlar çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini və Nazirliyin Aparatında şöbə müdiri vəzifələri olub.

Müsahibələrdə iştirak etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydiyyatdan keçmiş 119 namizəddən 38 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 65 namizəd lazımi keçid balını toplaya bilməyib, 6 namizəd müsahibədə iştirak etməyib, 10 namizəd isə müsahibədə iştirak etməkdən imtina edib. Maliyyə Nazirliyi üzrə qeydiyyatdan keçmiş 2 namizəd müsahibə nəticəsində uğur qazanmayıb. 

Ümumilikdə, müsahibəyə çıxarılmış 93 vakant vəzifənin 1-i 3-cü təsnifata, 4-ü 4-cü təsnifata, 20-si isə 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 21-i 7-ci təsnifata aid olmaqla, 1-i AA, 15-i AB, 61-i AC, 9-u BA, 7-si isə BB vəzifə qrupuna aiddir.