Azedu.az

Kollec müəllimləri üçün UNEC-də təlim keçirilir - FOTO

Kolleclər

Ali təhsil

14 Yanvar 2019, 15:29
Kollec müəllimləri üçün UNEC-də təlim keçirilir - FOTO

UNEC-də Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən kolleclərin müəllimlərinə “Sahibkarlığın əsasları” mövzusunda təlimlər keçirilir.

AzEdu.az xəbər verir ki, müəllimlərlə görüşən UNEC-in Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov bildirib ki, universitetdə təlimlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb. 5 gün ərzində UNEC-in dosentləri Məhəmməd Əliyev, Niyazi Həsənov və Aytən Hüseynli 37 kollecdən 50 müəllimə sahibkarlıq mühiti, kiçik və orta sahibkarlıq fəaliyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq fəaliyyətində risklər, vergiqoyma və bu istiqamətdə digər mövzularda təlimlər keçəcəklər. 

Təlim iştirakçılarına bildirilib ki, onlar 4 saylı tədris binasında fəaliyyət göstərən kitabxana ilə yanaşı, 24/7 kitabxanasından da istifadə edə biləcək, eyni zamanda, zəruri olan materiallarla təmin olunacaqlar.

Putin devirmək üçün hərəkətə keçdilər - Gizli təşkilat ifşa edildi
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox