![](https://azedu.az/uploads/news/2018/03/1382291188526416f42f522.jpg)
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində 31 mart soyqırımının 100 illiyi ilə əlaqədar “Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Muzeydən AzEDU-ya bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan danışıb. Ermənilərin Bakı, Quba, Şamaxıda və digər şəhər və rayonlarımızda törətdiyi qanlı faciələrdən danışan direktor qeyd edib ki, bu hadisələr zamanı minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. G.Babaxanlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
Alim qeyd edib ki, 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar zamanı böyük şair və dramaturq Hüseyn Cavid də ölüm təhlükəsi ilə üzləşib. Erməni cəlladları böyük ədibi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayanları oradan silah gücünə çıxarıb və 70 nəfərdən 60-nı qətlə yetiriblər, yalnız 10 nəfər sağ qalıb. Hüseyn Cavid təsadüf nəticəsində ölümdən qurtulan həmin 10 nəfərdən biri olub. Böyük sənətkar Hüseyn Cavid məşhur əsərlərindən biri olan “İblis” faciəsini həmin hadisələrin acı təsirləri altında yazıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)