Azedu.az

100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur

Orta təhsil

3 Mart 2026, 12:04
100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur

“100-dən çox ölkədə 2 mindən çox layihənin təqdim edildiyi "Sabahın alimləri" müsabiqəsində Azərbaycan məktəbləri son iki ildə bürünc medal qazanaraq bayrağımızı dalğalandırırlar”,

AzEdu.az xəbər verir ki, bu sözləri ARTİ-nin direktor müavini Fuad Qarayev jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib: “Ümid edirik ki, bu gün burada təqdim edilən layihələr arasında ən yaxşıları seçiləcək. Seçilmiş layihələr qalib elan olunacaq və onlar gələcəkdə Azərbaycanı beynəlxalq platformalarda təmsil edəcəklər.

Belə müsabiqələr uşaqlarda elmə marağı artırır və orta təhsil müəssisələri ilə ali təhsil müəssisələri arasında körpü rolunu oynayır".

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox