Azedu.az

Amerikalı tələbələrin borcları 2 dəfədən çox artıb

Universitetlər

12 Yanvar 2019, 15:40
Amerikalı tələbələrin borcları 2 dəfədən çox artıb

2018-ci ildə ABŞ-da ödənilməmiş ali təhsil kreditlərinin həcmi 1 trilyon 465 milyard dollara çatıb.

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz feysbuk hesabında yazıb. O bildirib ki, Amerika tələbələrinin təhsil borcları 2009-cu illə müqayisədə 2 dəfədən çox artaraq 675 milyard dollar çatıb. Ali təhsil kreditlərinin 90%-dən çoxuna ABŞ Təhsil Nazirliyi tərəfindən zəmanət verilib.

ABŞ Təhsil Nazirliyinin məlumatına görə, 2017-ci ildə ABŞ-da 2,5 milyon vətəndaşın 100 min dollar həcmində təhsil kreditləri üzrə borc öhdəlikləri yaranıb. 2018-ci ildə isə bu göstərici 2,7 milyon insana çatıb.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox