Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 6 məktəbə direktor təyinatı həyata keçirilib.
AzEdu.az-a bu barədə sözügedən təhsil idarəsi məlumat verib.
Belə ki, Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;
Məmmədova Günel Elçin qızı - Samux şəhəri 3 nömrəli tаm orta ümumtəhsil məktəbinin direktoru;
Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyinat alıb.