![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_1547188536156525598_1000x669_149.jpg)
Yanvarın 10-da Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildiriblər ki, sənədi mərkəzin direktoru Fariz Cəfərov və universitetin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Beş il müddətini əhatə edəcək memorandum universitetdə təhsil alan tələbələrin karyera hazırlığı, kadrların peşəkar inkişafına dəstək, o cümlədən müvafiqyönümlü layihələrə töhfə verilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini əhatə edir.
Memorandum çərçivəsində tərəflər arasında ADA Universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq, müasir informasiya və kommunikasiya texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi, ölkəmizdə böyükölçülü verilənlər anlayışının təbliğ olunması, toplanması, analiz edilməsi və mövcud imkanların üzə çıxarılması razılaşdırılıb. Həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə fəaliyyətin aparılması, süni intellekt alqoritmlərinin elektron hökumətdə mövcud sahələrə tətbiqi, inkişaf etdirilməsi, universitetin ixtisasartırma proqramları vasitəsilə peşəkar inkişaf proqramlarının təşkil olunması ilə bağlı birgə addımların atılması fəaliyyət istiqamətlərinə daxil edilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)