Azedu.az

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Ali təhsil

30 Mart 2018, 16:58
Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

KÜNİB (Qafqaz Universitetləri Birliyi) Bakıda təhsil sərgisi keçirəcək.

AzEDU Report-a istinadən xəbər verir ki, mart 31-də - aprelin 1-də "Pullman Baku Hotel"də (köhnə "Kempinski Hotel Badamdar") təşkil olunacaq sərgidə Türkiyə və Azərbaycanın nüfuzlu universitetləri iştirak edəcəklər.

Tədbirdə Türkiyədə bakalavr, magistratura və doktorantura təhsili almaq imkanları barədə geniş məlumat almaq, qardaş ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları ilə görüş imkanı olacaq.

Qeyd edək ki, KÜNİB-ə dünyanın 14 ölkəsindən 160-a yaxın universitet üzvdür. 

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox