Azedu.az

Təhsildə mobil qurğuların rolu

Maraqlı

10 Yanvar 2019, 20:06
Təhsildə mobil qurğuların rolu

Martın 4-dən 8-dək Parisdə UNESCO-nun təşkilatçılığı ilə təhsildə mobil qurğuların roluna dair təlim həftəsi keçiriləcək. AzEdu.az UNESCO-nun saytına istinadən xəbər verir ki, təlim həftəsi təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair bu təşkilatın əsas konfransıdır. 2011-ci ildən bəri hər il keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən ekspertlər toplaşacaqlar. Onlar təlimdə yeni texnologiyalardan istifadə edilməklə innovativ yollar barədə fikir mübadiləsi aparacaqlar. Təlim həftəsinə simpozium, siyasi forum, seminarlar, strateji laboratoriyalar və paralel tədbirlər daxildir.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox