Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 20:19:00
Kompüter istehsalçıları üçün yeni proqram

“Intel” şirkəti “CES 2019” sərgisində fərdi kompüter istehsalçıları üçün yeni proqramın istifadəyə verildiyini açıqlayıb. AzEdu.az xəbər verir ki, şirkət “5G” texnologiyasını və süni intellekti dəstəkləyən mobil fərdi kompüterləri “Athena” layihəsi çərçivəsində inkişaf etdirəcək. 3dnews.ru saytının məlumatına görə, proqram yeni mühitin yaradılması, süni intellekt və “5G” daxil olmaqla yeni nəsil texnologiyaların effektiv istifadəsi üçün nəzərdə tutulur.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, istehsalçı notbukun qapağının açılması və sistemin tam işə salınması arasında vaxtı minimallaşdırmaq niyyətindədir. Bundan əlavə, gün ərzində batareya ilə iş vaxtı, qurğuların transformasiya edilən formatları, yüksək məhsuldarlıq qarşıya qoyulan məqsədlər sırasındadır.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, “Athena” layihəsinin sertifikasiyasına uyğun ilk qurğular 2019-cu ilin ikinci yarısında satışa çıxarılacaq. Layihə çərçivəsində “Acer”, “ASUS”, “Dell”, “Google”, “HP”, “Innolux”, “Lenovo”, “Microsoft”, “Samsung” və “Sharp” kimi istehsalçılar artıq “Intel” ilə əməkdaşlığa başlayıb. Qurğuların həm “Windows”, həm də “Chrome” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi gözlənilir.