Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 12:58:00
Gənc alimlərə qış məktəbi keçiriləcək  

Bu ilin fevralında Bakıda biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün “Gənc bioloqların qış məktəbi–2019” keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzEdu.az-a bildiriblər ki, tədbir AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Bir həftə davam edəcək qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparacaq, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər. Bundan əlavə, bölməyə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların, eləcə də həmin təşkilatlarda fəaliyyət göstərən beynəlxalq qruplar ilə müştərək yerinə yetirilən araşdırmaların nəticələri müzakirə ediləcək.