Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 16:00:00
Cavanşir Quliyev kimsəsiz adaya özüylə bu kitabları aparacaq – Bəstəkarın “Kitab çantası”

AzEdu.az  “Kitab  çantası ” rubrikasına start verir.

Məqsəd oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.

Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz? Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq  tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikamızın  ilk qonağı - tanınmış bəstəkar, hazırda Şimali Kiprdə yaşayan Cavanşir Quliyevin də bu cür “kitab çantası” var.

O, düşünür ki, hər kəsin sevdiyi və dəyər verdiyi yazarların sayı 10-dan da, 100-dən də çoxdur. O, “çanta”da götürəcəyi kitabların seçimini öz ədəbiyyat anlayışına və "dəyərlər cədvəli”nə görə edib.

Görək, Cavanşir Quliyevin “kitab çantası”nda nə var:

Azərbaycan ədəbiyyatı:

1.Dədə Qorqud;

2.Nizami Gəncəvi – “Xəmsə”;

3.Məhəmməd Füzuli - "Leyli və Məcnun";

4.İmadəddin Nəsimi – Qəzəllər;

5.Mirzə Fətəli Axundov - Pyeslər;

6.Seyid Əzim Şirvani – Qəzəllər;

7.Aşıq Ələsgər - Şeirlər

8.Cəlil Məmmədquluzadə -  "Ölülər" ;

9.Mirzə Ələkbər Sabir - "Hophopnamə";

10.Hüseyn Cavid - Pyeslər;

Dünya ədəbiyyatı:

1.Homer - "Odisseya", "İliada";

2.Dante - "İlahi Komediya" ;

3.Şekspir - "Hamlet" ;

4.Tolstoy-  "Hərb və Sülh";

5.Çexov - Hekayələr ;

6.Dostoyevski - "Cinayət və Cəza" ;

7.Drayzer - "Amerikan Faciəsi";

8.Heminquey - "Qoca və Dəniz”;

9.Servantes - "Don Kixot";

10.Balzak - "İnsanlıq Komesiyası"...