XƏBƏRLƏR

16.03.2018 10:25
Robot-arılar bitkiləri tozlandıracaq – elmi YENİLİK

“Walmart” korporasiyası bitkiləri əsl arılar kimi tozlandıra bilən avtonom robot-arıları patentləşdirib.

Bu haqda AzEdu.az xarici KİV-lərə istinadla xəbər verir.

Məlumatda bildirilir ki, dronlar bitkilərin çiçəkləndiyi yerlərin aşkarlanması üçün sensor və kameralardan istifadə edərək tozcuqları bir bitkidən digərinə daşıyacaq.

 “Walmart” kənd təsərrüfatına keçməyə və qida məhsulları üzərində nəzarəti gücləndirməyə hazırlaşır.

Qeyd edək ki, “Walmart” robot-arıların hazırlanması ilə məşğul olan ilk təşkilat deyil. Son illərdə alimlər nəticədə insanların istehlak etdiyi bütün məhsulların üçdə birini tozlandıran arıların azalmasının qarşısını almaq yollarını axtarırlar.

Harvard Universitetinin tədqiqatçıları ilk robot-arıları 2013-cü ildə təqdim ediblər. Hazırda onlar uça, səth üzərində otura və suda üzə bilir. Lakin onlardan fərqli olaraq, “Walmart” şirkətinin patentində təsvir edilmiş robot-arılar məsafədən idarə ediləcək və tozcuqların avtomatik aşkarlanması imkanına malik olacaq.

İlin gənc müəllimi-Müraciət formu